Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani dünya müsəlmanlarına və İslam dövlətlərinə ünvanladığı məktubda bəyan edib ki, bugünkü qarşıdurmanın bir tərəfində cinayətkar ABŞ və İsrail, digər tərəfində isə İran İslam Respublikası və müqavimət qüvvələri dayanır.
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi belə bir sual ünvanlayıb: Siz hansı tərəfdə yer alırsınız?
Məktubun mətni aşağıdakı kimidir:
1. İran İslam Respublikası danışıqların gedişi zamanı ABŞ və sionist qüvvələrin hiyləgər hücumu ilə üzləşmişdir. Bu hücumun məqsədi İranı parçalamaq idi. İslam İnqilabının Ali Məqamlı Rəhbərini, eləcə də bir sıra adi vətəndaşları və hərbi komandirləri şəhid etdilər. Bunun nəticəsində isə ABŞ və İsrail iranlıların milli və güclü müqaviməti ilə qarşılaşdılar.
2. Bilirsinizmi ki, bəzi siyasi müstəvidə olan istisnaları çıxmaqla, İslam dövlətlərinin heç biri İran xalqına kömək etməmişdir? Lakin İran xalqı güclü iradə nümayiş etdirərək bədxah düşməni məğlub etmişdir. Bu gün isə düşmən özünü saldığı bu strateji çıxılmaz vəziyyətdən necə qurtulacağını artıq bilmir.
3. İran Böyük və kiçik şeytana (ABŞ və İsrailə) qarşı müqavimət yolunu davam etdirir. Lakin İslam dövlətlərinin davranışı Peyğəmbərin (s) “Əgər bir müsəlmanın fəryadına cavab verməsəniz, müsəlman deyilsiniz” buyurduğu sözlə ziddiyyət təşkil etmirmi? Bu necə müsəlmanlıqdır?!
4. Bəzi ölkələr birazda irəli gedərək bildirmişlər ki, İran həmin ölkələrdə ABŞ-ın bazalarını, o cümlədən ABŞ və İsrailin maraqlarını hədəfə aldığına görə İran bizim düşmənimizdir! İran əllərini qoyub gözləməlidir ki, sizin ölkələrinizdə yerləşən ABŞ bazalarından İrana hücum edilsin?! Onlar müxtəlif bəhanələr uydururlar. Bugünkü qarşıdurmanın bir tərəfində ABŞ və İsrail, digər tərəfində isə İran İslam Respublikası və müqavimət qüvvələri dayanır. Siz hansı tərəfdə yer alırsınız?
5. İslam dünyasının gələcəyi haqqında düşünün. Bilirsiniz ki, ABŞ sizə heç bir sədaqət göstərmir və İsrail sizin düşməninizdir. Özünüz və regionun gələcəyi barədə bir an düşünün. İran sizin xeyirinizi istəyir və sizə hökmranlıq etmək niyyətində deyil.
6. İslam ümmətinin birliyi, bütün ölkələr üçün təhlükəsizlik, tərəqqi və müstəqilliyi təmin edə biləcək ən böyük qüvvədir.
Xəbərin sonu
Rəyiniz